NOTARİAL TƏSDİQ

Bir çox hallarda sənədlərin tərcüməsi ilə yanaşı onların notarial qaydada təsdiq olunmasında zərurilik yaranır. Zəruri hallarda  mərkəz müştərilərə rahatlığın təmin edilməsi məqsədi ilə əlavə ödəniş tələb etmədən  sənədlərin notarial qaydada təsdiq olunmasını  həyata keçirir.

Tərcümənin notarial qaydada təsdiqi – bu, rəsmi sənədlərin qanuniləşməsi  növlərindən biridir. Tərcümənin notarial qaydada təsdiqi zamanı notarius onun tərəfindən  qeydiyyata alınmış tərcüməçinin imzasının həqiqiliyini təsdiq edir. Əgər sənəddə  rəsmi sənədin bütün atributları olarsa, bu  zaman sənədin tərcüməsini notarial qaydada təsdiq  etmək olar (imza və möhür, bir sıra xarici ölkələrdə verilmiş sənədlər üçün isə həm də konsul qanuniləşdirilməsi). Bundan başqa tərcümənin notarial qaydada təsdiqi üçün sənədin əslini və ya onun notarial qaydada təsdiq edilmiş nüsxəsini təqdim etmək zəruridir.

Notarial təsdiq ilə aşağıdakı sənədlərin tərcüməsi yerinə yetirilir:

  • şirkət müqavilələri, təsis sənədləri, mühasibatlıq hesabatları və digər sənədlər;
  • VVAQ orqanları tərəfindən verilən doğum, nikah və boşanma haqqında şəhadətnamələr;
  • əmək kitabçalarının, arayışların, ünvan qeydiyyatdan çıxma vərəqələri və s. (çox vaxt MDB ölkələri tərəfindən verilən bu cür sənədlərdə yalnız ştamplar və möhürlərin tərcüməsi tələb olunur, lakin bu cür tərcümə də notarius tərəfindən təsdiq edilməlidir);
  • diplom, attestat və sertifikatlar;
  • uşağın xarici ölkələrə getməsi üçün verilən razılıq, etibarnamə və vəsiyyətnamələr;
  • pasport, qeydiyyat və sürücülük vəsiqələri 
© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər