HAQQIMIZDA

Azərbaycanın biznes strukturları dünya iqtisadiyyatına inteqrasiya etdikcə, peşəkar tərcümə xidmətinə ehtiyac daha da artır.

"Avrasiya" Tərcümə Mərkəzi bu reallığı nəzərə alaraq dünyanın əsas işlək dillərindən yüksək səviyyəli yazılı və şifahi tərcümə xidmətlərini təklif edir. Mərkəzimiz müxtəlif mövzulu, o cümlədən də, məhdud ixtisaslı mətnlərin tərcüməsi ilə bağlı zəngin təcrübə toplamışdır.

Şirkətimiz tərcüməçiliyin çox çətin, eyni zamanda da millətləri və mədəniyyətləri yaxınlaşdıran xeyirxah, yaradıcı peşə olduğunu nəzərə alaraq, əldə etdiyi nailiyyət və nəticələrlə kifayətlənməyərək, müştərilərə göstərilən xidmətlərin səviyyəsini daha da yüksəltmək məqsədilə daima yeni inkişaf istiqamətləri üzərində çalışır. Əməkdaşlarımızın yüksək peşəkarlığı, sifarişlərin yerinə yetirilməsinin operativliyi və xidmətin rahatlığı bizim əsas üstünlüklərimizdəndir. Mərkəzimiz təcrübəli, ixtisaslaşmış tərcüməçilərdən ibarət güclü komandaya malikdir.

Şirkətimizin əsas məqsədlərindən biri – müştərilərimiz ilə uzunmüddətli münasibətlər qurmaqdan, daimi etibarlı tərəfdaş və ya köməkçi olmaqdan ibarətdir. Tərcümələrimiz dil maneələrini aradan qaldırmağa, məlumatı çatdırmağa xidmət edir, ünsiyyəti sadələşdirir, onu daha məhsuldar edir. Tərcümələr təcrübəli və peşəkar mütəxəssislər tərəfindən həyata keçirilir. Tərcümədə səhvlərə yol verməmək məqsədilə yerinə yetirilmiş iş bir neçə dəfə yoxlanılır və tərcümə sifarişçiyə mətnin əslinə müvafiq şəkildə, yəni ilkin formatın gözlənilməsi, cədvəl, şəkil və formulların saxlanılması ilə təqdim edilir.

Korporativ müştərilərin dilçilik istiqamətində kompleksli dəstək şirkətin fəaliyyətinin əsas istiqamətidir. Hüquqi şəxslərə sərfəli əməkdaşlıq variantlarını təklif edirik. Eyni zamanda, biz fərdi şəxslər ilə də fəal işləyirik. Mərkəzimizin əsas ideyasını ədalətli qiymət prinsipi, müştərilərimizin məmnunluğu təşkil edir. Sahələr üzrə yerinə yetirilən terminoloji tərcümələrin qiymətləri mətnin mürəkkəbliyindən asılı olaraq qarşılıqlı razılıq əsasında müəyyən olunur.

Bizdə nəinki sənədlərin tərcüməsini, eləcə də, onların notarial təsdiqini, qanuniləşdirilməsini və apostili sifariş etmək mümkündür. Biz müştərilərimizə pulsuz məsləhət veririk. Əməkdaşlarımızın peşəkarlığına əmin olmağınız üçün biz, kiçik testlərin tərcüməsini təklif edirik.

Tərcümələrin keyfiyyətli və dəqiq yerinə yetirilməsi məqsədilə Mərkəzimiz hər zaman yeni texnologiya və proqramlardan istifadə etməyə çalışır. Bu, işimizi müasir dünya tələblərinə uyğun şəkildə qurmaq üçün lazımi şəraitin yaradılmasından başqa, bizə tərcümə sahəsində aparıcı şirkətlərdən biri olmağa və müştərilərimizin etibarını qazanmağa imkan verir. Müasir texnika, avadanlıq və yüksək ixtisaslı mütəxəssislərimizin olması bizə audio və video materialların, Web-saytların, xəbərlərin və yeniliklərin tərcüməsini həyata keçirməyə və tam texniki təlimat və ya reklam buketinin tərtib edilməsi üçün zəruri olan istənilən sxem, çertyoj, şəkil və fotoların qrafik işlənməsini yerinə yetirməyə şərait yaradır.

“Avrasiya” Tərcümə Mərkəzinin kollektivi artıq bir çox şirkətlərlə fəal əməkdaşlıq edir və gələcəkdə də bir çoxları ilə də əməkdaşlıq etməyə hazırdır. Mərkəzdə tərcümə sahəsində kifayət qədər təcrübəyə malik olan ali təhsilli, yüksək səviyyəli peşəkar tərcüməçilər işləyir. Bizim işçi heyətimiz öz işini sevən və müştərilərimizin hörmət və rəğbətini qazanmış tərcüməçilərdən, redaktorlardan və menecerlərdən ibarətdir.

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər