XƏBƏRLƏR
06.07.2015
“YANDEKS.TƏRCÜMƏÇİ” SERVİSİ TATAR DİLİ İLƏ ƏLAVƏ OLUNMUŞDUR

Yandeks şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, “Yandeks. Tərcüməçi" servisinə tatar dili əlavə olunmuşdur. Tatar dilinin tərcüməsi  dünyanın 47 dilinə və əksinə yerinə yetirilir.

Tatar dili hələlik yalnız "Yandeks.Tərcüməçi" servisin onlayn web-versiyasında  mümkündür. Müəlliflər bildirirlər ki, mobil proqramda da giriş tezliklə mümkün olacaq.

Tatar tərcüməçi üzərində işləyərkən "Yandeks" şirkəti Tatarıstan Elmlər Akademiyasının alimləri ilə sıx əməkdaşlıq edib. Müəlliflərin mülahizəsinə görə, tatar dilinin çətin morfologiyası mövcüd olduğundan maşın tərcüməsi üçün mürəkkəb olub.

Yandeksdə hesab edirlər ki, Tatarıstanın 40-40 min sakinlərindən əlavə, Başqırdıstan, Krım və Ulyanovsk vilayətinin sakinləri də tatar tərcüməçiyə maraq göstərəcəklər.

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər