XƏBƏRLƏR
30.12.2021
2021-Cİ İLİN YEKUNLARI

“Avrasiya” Tərcümə Mərkəzi hər il olduğu kimi 2021-ci ili də yeni layihələrlə başa vurdu. İl ərzində qazandığımız nailiyyətlərdən bir neçəsini sizlərə təqdim edirik:

1.  “Avrasiya” Tərcümə Mərkəzi bu il bir neçə şirkətin eyni zamanda 2021-ci ilin noyabr ayında Roberto Coin markasının Azərbaycanın qələbəsinə həsr edilmiş “Xarı bülbül” büroşunun təqdimatında şifahi tərcümə xidmətini həyata keçirmişdir

2.  2021-ci ilin dekabr ayında tərcümə sahəsində fəal iştirakı, əmək intizamı, yüksək bilik səviyyəsi və təcrübəyə malik olan 2 istedadlı gənc «TƏRCÜMƏÇİ  MƏKTƏBİ» təlimində iştirakına görə Avrasiya Tərcümə Mərkəzinin sertifikatı ilə təltif olundu

3. Tələbələrin istehsalat təcrübələrini mərkəzimizdə keçmələri üçün “Avrasiya” Tərcümə Mərkəzi ilə bir sıra universitetlər arasında əməkdaşlıq quruldu

4.  Və bu il tərəfdaş və müştərilərimizin sayının artması ilə də yadda qaldı,  bir sıra yeni şirkət və qurumlarla müqavilələr bağlandı

Tərcümələrimizin keyfiyyətinə, operativliyimizə etibar edən, şirkətimizlə uzunmüddətli əməkdaşlığa təşəbbüs göstərən sifarişçilərimizin sayının ilbəil artması, əlbəttdə, bizlər üçün çox sevindirici və qürurverici bir haldır. Təbii ki, bu nailiyyətlər tərcüməçi, redaktor, menecer və əməkdaşlarımızın peşəkarlığı və işlərinə məsuliyyətlə yanaşması nəticəsində  əldə olunmuşdur ki, bu da bu cür kollektiv ilə hər il böyük miqyaslı işlərin öhdəsindən gəlmək gücünə qadir olduğumuzu göstərir.

Qeyd edək ki, şirkətimizin 2018-ci ildə layihə olaraq başlatdığı “TRANSLATİON SCHOOL” (“TƏRCÜMƏÇİ MƏKTƏBİ”)   təlim proqramını bu il yeniden bərpa etdik. Həmin təlim 2 ay davam etdi və 2 təlimçimiz artıq məzun oldu.

 Layihə çərçivəsində şirkətimizin təcrübəli əməkdaşları gələcəyin tərcüməçilərinə təlimlər keçir, ali məktəb tələbələrinin isə təcrübə qazanmalarına öz töhfələrini verirlər.

“Avrasiya” Tərcümə Mərkəzi adından 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və  qarşıdan gələn yeni il münasibətilə sizləri təbrik edir, ölkəmizə və xalqımıza rifah, daimi birlik və həmrəy olmağı arzu edirik. Bayramınız Mübarək!

 

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər