XƏBƏRLƏR
05.01.2022
OXUNMASI VACİB OLAN KİTABLAR

Həyatımızı daha rəngarəng və maraqlı etmək, insanlara, insanlığa faydalı olmaq - bunların hər biri özümüzdən asılıdr.  Hər insan özünü ən gözəl şəkildə yetişdirməlidir və düşünürəm ki, buna nail olmağımıza kömək edəcək ən gözəl vasitələrdən biri də kitablardır. Kitablar bizə nəyi, necə, harada, nə zaman etməyimiz gərəkdiyini öyrədir, yol göstərir. Kitab oxuyan insan özünü inkişaf etdirmiş insandır. Özünü inkişaf etdirən insan isə həm özünə həm də başqalarına faydalı insandır. Kitablar bizi anında fərqli diyarlara, bir yerdən digərinə anında aparan yeganə vasitələrdir. Düşünürəm ki, kitab ilə olan dostluğumuz nə qədər sıx olsa, gücümüz də bir o qədər artar. Ancaq çox yönlü olmağımızda da fayda var. Yəni, sadəcə bir janrda deyil bacardığımız qədər hər bir janrda kitablar oxumalıyıq. Müəyyən bir mövzuda və ya janrda kitablar oxumağı sevməyimiz təbii ki, normal və təbiidir. Ancaq həm şəxsi inkişafımız, həm də peşəkar inkişafımız baxımından hər janrda kitablarla iç-içə olmağa çalışmalıyıq. Odur ki,sizlərə bir neçə janrda dünyaca məşhur olan müəyyən kitabların siyahısını təqdim edirik:

 

 1. “İki şəhərin hekayəsi” Charles Dickens (200 milyon nüsxə)

Çarlz Dikensin yazdığı romanda günahsız yerə Parisdəki bir həbsxanada 18 il qaldıqdan sonra köhnə dostunun köməyi ilə qurtulan doktor Menitin, Londona qayıdarkən təsadüfən tanış olduğu fransız Çarlz Derni ilə qızının quracağı ailə və sonra meydana çıxan Fransa inqilabının həyatlarına təsirindən danışılır. Qəhrəmanların psixoloji dəyişikliklərini ələ alan kitabda bir çox tarixi izlərə də rast gəlinir.

 

2. “Balaca Şahzadə” Antoine De Saint - Exupery  (200 milyon nüsxə)

Əsərdə böyüklərin dünyası uşağın dili ilə anladılır. Böyük Səhrada qəzaya düşən pilotun Balaca Şahzadə ilə qarşılaşması ilə  başlayan kitab iyirmi yeddi hissədən ibarətdir. Xüsusən, Balaca Şahzadənin yurdundan ayrılıb, altı ayrı planetə etdiyi səfərdən bəhs edən hissələrdə bəzi tipik yeniyetmələr tənqid edilir.

 3. “Üzüklərin hökmdarı” J.R.R Tolkien  (150 milyon nüsxə)

Tolkinin yazdığı epik fantaziya janrındakı digər romandır. Hekayə Tolkinin uşaqlar üçün yazdığı 1937-ci il tarixli “Hobbit”in davamı olaraq başlasa da, axırda daha müstəqil əsər halına gəldi. Əksəriyyəti İkinci Dünya müharibəsi illərində olmaq üzrə 1937-1949-cu illər arasında mərhələlər şəklində yazılıb. 150 milyondan çox satışıyla bütün dövrlərin ən çox satılan ikinci kitabıdır.

 

5. “Da Vinçi şifrəsi” Dan Brown (80 milyon nüsxə)

Den Braunun “Da Vinçi şifrəsi” romanı satışa çıxdığı ilk həftənin sonunda böyük uğur qazanıb. “New York Times”ın “Ən çox satılanlar” siyahısına 1-ci yerdə daxil olub. Eyni zamanda, “Uoll-Strit” jurnalı, “Publishers Weekly” və “San-Fransisko Chronicle”ın “Ən çox satılanlar” siyahısında ilk sıradakı yerini qoruyub. “Colombia Pictures” kitabın film haqlarını alıb.

 

6. “Kimyagər” Paulo Coelho (65 milyon nüsxə)

İspaniyadan Misir piramidalarının ətəklərində xəzinə axtarmağa gedən əndəlüslü çoban Santyaqonun nağılvari həyatının fəlsəfi hekayətidir. Kimyagəri tapmaq, özünü tapmaq deməkdir… Paulo Koelonun müəllifi olduğu əsərin dünya miqyasında bu qədər satılmağının səbəbi bəlkə də yolgöstərən tərəflərinin ön planda olmasıdır.

 

7. “Yüz ilin tənhalığı” Gabriel Garcie Marquez (50 milyon nüsxə)

1982-ci ilin Ədəbiyyat üzrə Nobel mükafatçısı, kolumbiyalı yazıçı Qabriel Qarsia Markesin 1967-ci ildə Meksikaya ilk gedişində yazdığı kitabdır. Müəllif uşaqlığının keçdiyi Arakatakanı Makondo adı ilə tanıdaraq fantastik qurğu ilə təqdim edib, səbəbini “istədim ki, məndən sonra uşaqlıq xatirələrim sənət olaraq qalsın” şəklində açıqlayıb.

 

 

 

 

 

 

 

 

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər