XƏBƏRLƏR
01.08.2015
AZƏRBAYCAN ƏLİFBASI VƏ AZƏRBAYCAN DİLİ GÜNÜ

Azərbaycan dili Azərbaycanın dövlət dili və Dağıstan Respublikasının (Rusiya) rəsmi dillərdən biri kimi hesab edilir. Azərbaycanın prezidenti Heydər Əliyev 18 iyun 2001-ci il tarixində “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” imzaladığı Fərmana əsasən, 1 avqust 2001-ci il tarixindən hər yerdə Azərbaycan  əlifbasından latın qrafikasına keçid həyata keçirilir. “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli Fərmanına əsasən  təsis edilib. Bu Fərmanla hər il avqustun 1-i Azərbaycan Respublikasında “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” kimi qeyd edilir.

 

Tarixin müxtəlif mərhələlərində azərbaycanlılar müxtəlif quruluş formalarına malik olan aşağıdakı əlifbalardan istifadə edirdilər:

1. Qədim milli türk əlifbası (qədim zamanlardan VII əsrin ikinci yarısına qədər);

2. Ərəb qrafikalı əlifba (VII əsrin ikinci yarısından XX əsrin 1929-cu ilə qədər)

3. Latın qrafikalı əlifba (1929-1940-ci illər)

4. Kiril qrafikalı əlifba (1940-1992-ci illər)

5. Latın əlifbası əsasında yaradılmış yeni əlifba (1992-ci ildən).

Azərbaycan kiril əlifbasını yeni əlifba ilə əvəzlənməsi haqqında fikir, XX əsrin 80-ci illərinin sonunda keçmiş Sovet İttifaqının dağılması nəticəsində, Azərbaycan dilinin fonetik sisteminə tam uyğunlaşdırılması məqsədilə yaradılıb.

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər