XƏBƏRLƏR
26.08.2015
PARİS AEROPORTUNDA SƏSLİ TƏRCÜMƏÇİ SİISTEMİ TESTDƏN KEÇİRİLİR

Parisin Ruassi aeroportunda aeroport əməkdaşları ilə fransız dili bilməyən əcnəbi turistlər arasında əlaqə qurmağa imkan verən əlavə testdən keçirilir.

Trad112 səsli tərcüməçi iki versiyada hazırlanacaq: mütəxəssislər və geniş kütlə üçün. Sərnişinlərə operativ kömək göstərmək üçün dərs ilinin əvvəlindən aeroportun xilasetmə xidmətinin bütün əməkdaşları bu əlavədən istifadə edə bilərlər. Test rejimində tərcüməçi artıq təcili yardım əməkdaşına İspaniyadan olan turistin aorta anevrizmini aşkar etməyə və zəruri tibbi yardım göstərməyə kömək etmişdir.

Tərcüməçinin yaradıcısı 42 yaşlı yanğınsöndürən Frederik Soladır, o bu layihə üzərində 2013-cü ildən işləyir və onun həyata keçməsinə 30 min avro xərcləmişdir.

Əlavə ərəb, çin və digər dillər daxil olmaqla, 14 dillə işləyir.      

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər