XƏBƏRLƏR
30.09.2015
30 SENTYABR - BEYNƏLXALQ TƏRCÜMƏÇİLƏR GÜNÜ. BÜTÜN TƏRCÜMƏÇİLƏRİ TƏBRİK EDİRİK!!!

Beynəlxalq Tərcüməçilər Günü hər il Müqəddəs Cerom bayramı münasibətilə sentyabr ayının 30-u qeyd olunur.  Bu gün 1953-cü ildə təsis edilən Beynəlxalq Tərcüməçilər Federasiyası tərəfindən rəsmən bayram kimi keçirilir. 1991-ci ildə adıçəkilən qurum müxtəlif ölkələrdə tərcümə sənətini təbliğ etmək və bu sahə ilə məşğul olanların birliyini nümayiş etdirmək məqsədilə belə bir rəsmi bayramın qeyd olunması ideyasını irəli sürüb. Aksiya illər ötdükcə daha da geniş arealda öz təsdiqini tapıb.

Ümumiyyətlə, tərcümə işi bədii və elmi istiqamətlərdə həyata keçirilə bilər.
Azərbaycanda bədii tərcümənin ilk nümunələri hələ orta əsrlərdə yaranıb, XIX əsrdən geniş inkişaf etməyə başlayıb. Abbasqulu ağa Bakıxanov rus ədəbiyyatından tərcümələr həyata keçirib. M.F.Axundovun komediyaları 1853-cü ildə Tiflisdə rus dilində nəşr olunub, sonralar fars və Qərbi Avropa dillərinə tərcümə edilib. XX əsrdə Azərbaycanda tərcümə işi daha geniş vüsət alıb, dünya ədəbiyyatı klassiklərinin əsərləri dilimizə çevrilib, saysız-hesabsız tərcümə əsərləri nəşr olunub.

Müasir dövrün tərcümə işinə diqqət yetirdikdə isə bir sıra problem və çatışmazlıqların olduğunu görürük. Mütəxəssislər hesab edir ki, tərcümə işinin zəif olmasının ilkin səbəbi lazımi səviyyədə peşəkar tərcüməçilərin barmaqla sayılası qədər olmasıdır. Eyni zamanda tərcümə olunan kitabları mütaliə etmək üçün oxucu kütləsi də o qədər maraqlı deyil. Yəni insanlarda istər yerli, istərsə də xarici ədəbiyyata maraq azalıb. Tərcümə işi ilə məşğul olan insanlar bununla yanaşı bir sıra nəşriyyatların tərcüməçini tələsdirməsini və bəzi vaxtlar xüsusi tərcümə proqramlarına müraciət edilməsini də əsas səbəb olaraq, göstərirlər.

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər