XƏBƏRLƏR
07.11.2015
BELARUS YAZIÇISININ AZƏRBAYCAN DİLİNƏ KİTABI NƏŞR OLUNMUŞDUR

Azərtac bildirir ki, “Elm” nəşriyyatı məşhur Belarus yazıçısı Ales Karlyukeviçin uşaqlar üçün yazılmış “Maksimkanın Vətəndə və digər ölkələrdə sərgüzəştləri” adlı kitabını Azərbaycan dilində nəşr edib. 500 nüsxə tirajla buraxılmış kitab cəzbedici süjet xətti və dərin məzmunu ilə diqqəti cəlb edib. Kitabda filateliya və təbiətşünaslığa böyük maraq göstərən məktəbli Maksimkanın sərgüzəştlərindən bəhs olunur. Onun təbiəti və heyvanat aləmini qorumaq üçün göstərdiyi fədakarlıq ibrətamizdir. Ana vətənə sevgi, doğma torpağa, fauna və flora aləminə qayğı və diqqət, insanın təbiətlə əlaqəsi kitabın başlıca ideyasını təşkil edir. Kitab macəra-fantastik janrda qələmə alınıb, əsərdə təsvir olunan hadisələr maraq doğurur. Müqəddimənin müəllifi və kitabın tərcüməçisi yazıçı K.Nazirlidir. Qeyd edək ki, bu povest-nağılın müəllifi Ales Karlyukeviç, həmçinin, Belarus Minsk vilayyətinin Yazıçılar Birliyinin də Sədridir. Azərbaycanda nəşr olunan istedadlı Belarus yazıçının kitabı məktəblilərin böyük marağına səbəb olacaq.

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər