XƏBƏRLƏR
20.11.2015
AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA LÜĞƏTİ YENİDƏN HAZIRLANACAQ

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda akademik Tofiq Hacıyevin rəhbərliyi ilə Orfoqrafiya Komissiyasının iclası keçirilib.

İclasda son günlər orfoqrafiya lüğəti ilə bağlı ortaya çıxan məsələlər müzakirə olunub.

Dilçilik İnstitutunun direktoru, akademik T.Hacıyev bildirib ki, hər bir xalqın yazısında, dil mədəniyyətinin inkişafında orfoqrafiya qaydaları mühüm rol oynayır: "Bu baxımdan mətbuatda lüğətin bəzi qaydalarının mübahisə obyektinə çevrilməsi də təbiidir".

İclasda vurğulanıb ki, orfoqrafiya lüğətinin yenidən işlənməsi, verilən təkliflərin qiymətləndirilməsi, nöqsanların aradan qaldırılması üçün komissiya öz səylərini artırmalıdır.

Toplantıda çıxış edən komissiya üzvləri, o cümlədən indiki lüğətin redaktoru, professor İsmayıl Məmmədov bildirib ki, mövcud sözlük 110 min leksik vahidi əhatə edir: "Yeni nəşrdə isə süni yolla yaradılan sözlərin bir qismi lüğətdən çıxarılacaq".

Xatırladaq ki, Azərbaycan dilinin orfoqrafiya lüğətinin VI nəşri 2013-cü ildə çap olunub. Tofiq Hacıyev isə Dilçilik İnstitutunun direktoru vəzifəsinə 2014-cü ildə təyin edilib. Bundan sonra lüğətdəki qüsurları aradan qaldırmaq üçün xüsusi komissiya yaradılıb

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər