“AVRASIYA” tərcümə mərkəzi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş - 2016" adlı Beynəlxalq Multikulturalizm qış məktəbi layihəsi çərçivəsində keçirilmiş bir sıra tədbirlərdə iştirak etmişdir".
Qış məktəbi 15 fevrala kimi Bakı, Quba, Xaçmaz və Qusarda fəaliyyətini davam etdirmişdir.
Bakı Multikulturalizm Mərkəzinin qış məktəbinə Rusiya, İsveçrə, Ukrayna, Türkiyə, İtaliya, Portuqaliya, Polşa, Çexiya, Litva, Almaniyanın ali təhsil ocaqlarından 43 nəfər, Azərbaycan universitetlərindən 12 nəfər olmaqla ümumilikdə 55 tələbə qatılıb. Qış məktəbində həmçinin yerli və xarici ekspertlər də iştirak edib.
Multikulturalizm ənənələrinin mühafizəsi, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə 2016-cı il Azərbaycancanda "Multikulturalizm ili" elan olunmuşdur. Biz bu layihənin bir hissəsi olduğumuzu iftixar hissi ilə qeyd etmək istərdik. Bizim tərcüməçilərimiz “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş – 2016” layihəsinin tədbirlərində tərcümə xidmətlərinin göstərilməsində fəal iştirak etmişlər. |