XƏBƏRLƏR
19.08.2016
ANARIN ÖZBƏK DİLİNDƏ KİTABI ÇAP EDİLİB

Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Daşkənddəki “Davr press” nəşriyyat evində Azərbaycanın Xalq yazıçısı Anarın “Mən, sən, o və telefon” adlı kitabı özbək dilində çap edilib.

“Dünya ədəbiyyatı xəzinəsi” seriyasında çap olunan kitabın tərcüməçisi Usman Kuçkar, məsləhətçisi Qulu Kəngərlidir. “Ön söz”ün müəllifi AMM-in direktoru Samir Abbasovdur.

Kitaba yazıçının “Dantenin yubileyi”, “Mən, sən, o və telefon”, “Gürcü familiyası”, “Dədə Qorqud” və digər əsərləri salınıb.

Kitabda Anarın həyat və yaradıcılığı haqqında məlumat verilir, yazıçının yaradıcılığı haqqında görkəmli yazıçı və şairlərin fikirləri çap olunur. Burada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Anarın yaradıcılığı haqqında fikirləri də yer alıb.

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər