Sentyabrın 9-da Bakıda Tacikistanın milli bayramı - müstəqillik günü qeyd olunmuşdur. Tacikistanın Azərbaycandakı səfirliyinin Holiday Inn Baku otelində təşkil etdiyi tədbirin tərcüməsini “Avrasiya” Tərcümə mərkəzi həyata keçirmişdir. Ardıcıl tərcümə xidmətlərini ustalıqla həyata keçirmiş əməkdaşımız Azərbaycanın Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun nitqini ingilis dilinə tərcümə etmişdir. Onu da vurğulayaq ki, Tacikistan və Azərbaycan arasındakı diplomatik münasibətlərdən bəhs etmiş Tacikistan səfirinin nitqinin Azərbaycan dilinə tərcüməsini də məhz “Avrasiya” Tərcümə mərkəzi həyata keçirmişdir.
Bir çox rəsmi şəxslərin, Milli Məclisin deputatlarının, səfirlərin iştirak etdiyi tədbirə “Avrasiya” Tərcümə mərkəzinin kollektivi də qatılmışdır. Tacik xalqını Müstəqillik günü münasibətilə bütün kollektivimiz adından bir daha təbrik edirik! |