XƏBƏRLƏR
13.10.2016
AVRASİYA TƏRCÜMƏ MƏRKƏZİ ZARA BRENDİNİN YENİ MAĞAZASININ OKTYABRIN 7-DƏ "GANJLIK MALL" TİCARƏT MƏRKƏZİNDƏ TƏŞKİL OLUNAN TƏNTƏNƏLİ AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR

Açılış mərasiminin fəxri qonağı "Eurovision-2011" beynəlxalq mahnı müsabiqəsinin qalibi Nigar Camal, tədbirin xüsusi qonaqları sırasında isə "Miss Azərbaycan-2016" titulunun sahibi Oksana Barxatova və Rusiyanın Birinci kanalının "Qolos" (Səs) layihəsinin ulduzu Fərid Əsgərov yer almışdırlar.

Təntənəli açılışa həsr olunmuş xüsusi bayram üçün Bakıya Inditex ispan ofisindən və şirkətin baş ofisindən qonaqlar dəvət olunmuşdur.

"Bizim Azərbaycandakı müştərilərimiz bilməlidirlər ki, əgər biz Bakıda 3-cü mağazamızı açırıqsa, bu 1-ci və 2-ci mağazalarımızda əldə etdiyimiz böyük uğur və ictimai nüfuzla bağlıdır. Mən əminəm ki, bu, bizim bütün əziz azərbaycanlı müştərilərimiz və bu gözəl ölkənin qonaqları üçün əla xəbər oldu", deyə "Zara" və "Inditex Group"un Səudiyyə Ərəbistanı, Orta Asiya və Qafqazdakı baş direktoru Yasin Sibari öz salamlama nitqində vurğulamışdır. Dəvət olunmuş qonaqlar üçün nitqin tərcüməsi bizim tərcüməçimiz tərəfindən həyata keçirilmişdir.

http://vklybe.tv/baku/ru/photos/event/id/231679

 

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər