XƏBƏRLƏR
29.11.2016
RUSİYALI ALİM OLEQ YUREVİÇ KUZNETSOV İLƏ GÖRÜŞ

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İcraçı direktoru Səmədov Oktay Əlipaşa oğlunun dəvəti ilə Oktyabrın 29-da Bilik Fondunda təşkil olunan Rusiyalı alim Oleq Yureviç Kuznetsov ilə görüşdə Bilik Fondu əməkdaşları, könüllüləri, Bakı Dövlət Universitetinin müəllim və tələbə heyəti  ilə yanaşı “AVRASİYA” Tərcümə Mərkəzi də iştirak edirdi. O. Kuznetsov bildirdi ki, Azərbaycan xalqına qarşı illərdir aparılan məkrli siyasətin iç üzü faş edilməli, tolerantlığı ilə seçilən əhalinin rahat yaşayışına yönələn bütün silahlı və qeyri silahlı təhdidlərin qarşısı alınmalıdır. Natiq çıxışında erməni terrorizminin tarixi köklərinə ekskurs edərək, vəziyyətin bu həddə çatmasının səbəblərindən danışdı.  

 

Tədbirin keçirilməsindən bir neçə gün sonra Rusiyalı tarixçi və siyasi analitik, hüquqşünas Oleq Yureviç Kuznetsov AVRASİYA TƏRCÜMƏ MƏRKƏZİNİN qonağı oldu. Ofisimizi ziyarət edən tanınmış tarixçi alim iş prosesi ilə tanış olub, kollektivimizin üzvləri ilə söhbət etdi. Xatırladaq ki, 160-dan çox elmi işin, o cümlədən 8 monoqrafiyanın, ali məktəb üçün 3 dərs vəsaitinin müəllifi olan Oleq Kuznetsovun bir çox yazıları və monoqrafiyası ingilis, alman, fransız, türk və Azərbaycan dillərinə tərcümə olunub. Rusiyalı tarixçi alim uzun müddət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanma səbəblərini, erməni terrorizminin mahiyyətini və Azərbaycanda dinc əhaliyə qarşı törədilən cinayətləri tədqiq edib, bu barədə həm Rusiyada, həm də Azərbaycanda olan arxiv və məhkəmə materiallarından istifadə edərək hadisələrin real təsvirini yaratmağa nail olub. Araşdırmalarının nəticəsi olaraq müəllifin “XX əsrdə transmilli erməni terrorizminin tarixi. Tarixi-kriminoloji tədqiqat” kitabı işıq üzü görüb.

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər