XƏBƏRLƏR
24.06.2017
RAMAZAN BAYRAMINIZ MÜBARƏK

Qurani-Kərimin nazil edildiyi Ramazan ayı islam dininin mənəviyyatı möhkəmləndirmək, müsəlmanlar arasında dini-mənəvi birlik duyğusunu gücləndirmək, ilahi hikmətlərdən daha da faydalanmaq işinə xidmət edən ən mübarək aylardan biridir. Ramazan ayının sınaqlarından ləyaqətlə çıxmış hər bir müsəlman bu gün böyük qürur və fərəh hissi ilə bayram edir.

"Avrasiya" Tərcümə Mərkəzi hər birinizi Ramazan bayramı münasibəti ilə təbrik edir.

Bayramınız mübarək olsun!

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər