XƏBƏRLƏR
06.07.2017
SİZ BUNLARI BİLİRSİNİZ?

Dünyada təxminən 7000 dil var. Bunlardan təxminən 2200-ü Asiya qitəsindədir. 7000 dilin 2400-ü unudulma riski ilə qarşı-qarşıyadır. UNESCO-ya görə Rusiyada 15 dil yox olub. 

Dünya əhalisinin 12.44 faizi ana dili olaraq çin dilindən istifadə edir. Çin əlifbasında 50.000 işarə var, bir qəzeti oxumaq üçün isə 2.000 işarə bilmək kifayətdir.

Dillərin 96 faizi dünya əhalisinin yalnız 4 faizi tərəfindən istifadə olunur. İnsanların 1/4-i hissəsi danışıq səviyyəsindən asılı olmasına baxmayaraq ingilis dilində fikrini ifadə edə bilir.

Fransızca danışan insanların “o” hərfini tələffüz etməsinin 13 fərqli üsulu var.

14 gündən bir hansısa dil məhv olmaq təhlükəsi ilə üzləşir.

“Üzüklərin hakimi” filimində 12 xəyali dildən istifadə edilib.

ABŞ-ın rəsmi dili yoxdur. Amma parlament və rəsmi yazışmalarda ingilis dilindən istifadə olunur, bu ölkədə ikinci ən çox danışılan dil isə ispan dilidir.

“İncil” 2454 dilə tərcümə olunub.

Vatikanda rəsmi dil "ölü" sayılan latın dilidir.

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər