XƏBƏRLƏR
30.09.2017
SENTYABRIN 30-U ÜMÜMDÜNYA BEYNƏLXALQ TƏRCÜMƏÇİLƏR GÜNÜ

Çoxsaylı peşə bayramlarından biri də Beynəlxalq Tərcüməçilər Günüdür. Beynəlxalq Tərcüməçilər Federasiyasının qərarı ilə bu bayram 1991-ci ildən etibarən hər il sentyabrın 30-da qeyd edilir.

Bu tarixin seçilməsi təsadüfi deyildir: Bibliyanı (Vulqatı) latın dilinə tərcümə etmiş və ənənəyə görə tərcüməçilərin hamisi hesab olunan İeronim Stridonski 420-ci il sentyabrın 30-da dünyasını dəyişmişdir. Çox zəngin intellekt sahibi olmuş çılğın xarakterli bu şəxs çoxlu səyahət etmiş, cavanlığında Müqəddəs Torpağı ziyarət etmişdir.

Müxtəlif illərdə tərcüməçilər günü müxtəlif devizlər altında qeyd edilmişdir: “Tərcümə çoxdilliliyin və mədəni müxtəlifliyin əsasıdır”, “Tərcüməçinin öz peşəsi və cəmiyyət qarşısında məsuliyyəti”, “Dillər çoxdur, peşə - bir”, “Birlikdə işləyirik” və s. Aleksandr Sergeyeviç Puşkin tərcüməçiləri obrazlı şəkildə “Tərəqqinin poçt atları” adlandırırdı.

Mərkəzimiz adından bütün tərcüməçiləri peşə bayramları münasibətilə təbrik edirik.

Bayramınız mübarək əziz tərcüməçilər! 

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər