XƏBƏRLƏR
31.08.2017
QURBAN BAYRAMI MÜNASİBƏTİLƏ TƏBRİK

Qurban Bayramı İslamın Ramazan Bayramı ilə bərabər iki ən böyük bayramından biridir.

Qurban Bayramı Allah yolunda insanın ən çox istədiyi arzusundan, istəyindən, dəyərindən, nemətindən keçə bilməsi, onu qurban verməyə hazır olmasının simvoludur. Bu bayram bizə Həzrət İbrahim peyğəmbərdən yadigar qalıb.

Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə və qardaşlığa dəvət edən bir bayramdır. Bu əziz gündə müsəlmanlar Allah yolunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirir, uca Tanrıya yaxınlığın fərəhini yaşamaq fürsəti əldə edirlər. Əziz dostlar Sizi dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan Müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, səmimi arzu və diləklərimizi çatdırırıq.

Bayramınız mübarək olsun!

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər