XƏBƏRLƏR
05.10.2017
BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜ

Oktyabr ayının 5-i həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin günüdür. 
          Müəllimlik çətin, məsuliyyətli, eyni zamanda, şərəfli və müqəddəs bir peşədir. Müəllim insanı həyata hazırlayan, onun dünyagörüşünü, mənəvi dünyasını və ictimai-siyasi baxışlarını formalaşdıran müqəddəs varlıqdır.

Müəllimlərin sözlə ifadə olunmayacaq dərəcədə böyük zəhməti və dəyərsiz xidmətini azacıq da olsa qiymətləndirmək üçün bu bayram bir vasitədir.

Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da hörmətli müəllimlərimiz üçün əziz gündür - müəllim adını daşıyanlar, bu adın dəyərini bilənlər öz peşə bayramını qeyd edirlər. Biz də bu bayramın sevincini onlarla birgə hiss edərək Əziz Müəllimlərimizi Avrasiya Tərcümə Mərkəzinin kollektivi adından təbrik edirik.

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər