XƏBƏRLƏR
18.10.2017
18 OKTYABR - DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜ

Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. 

Gərək sınaqlara hazır olasan, hər bir  əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı.

Bir sözlə əgər müstəqillik Azərbaycan suverən dövlət kimi mövcud olması tarixi zərurətdən irəli gələn hadisə idisə Azərbaycanın müstəqilliyi əbədiliyi və dönməzliyi ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan müasir tariximizin danılmaz faktıdır. Məhz dövlət müstəqilliyi Heydər Əliyev faktı yeni və qlobal dünyada ölkələrin yerini müəyyənləşdirdi. Azərbaycanın dünyaya dünyanın Azərbaycana gərəklili olduğunu sübut etdi.

Dünyanın dörd bir yanında yaşayan bütün Azərbaycanlılarımızın Müstəqillik gününü Avrasiya Tərcümə Mərkəzinin kollektivi adından təbrik edirik!

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər