XƏBƏRLƏR
25.10.2017
AVRASİYA TƏRCÜMƏ MƏRKƏZİ BAKIDA KEÇİRİLƏN NÖVBƏTİ ELMİ SEMİNARDA TƏRCÜMƏ XİDMƏTİNİ TƏŞKİL ETMİŞDİR

Oktyabrın 17-də 2017-ci il tarixində xromatoqrafiya kolonkalarının istehsalında Dünya liderlərindən biri olan PHENOMENEX şirkətinin təşkilatçılığı və həmin şirkətin Azərbaycanda rəsmi təmsilçisi olan “LT SCİENTİFİC”in dəstəyi ilə Maye Xromatoqrafiya seminarı keçirilmişdir.

Almaniyanın həmçinin Ölkəmizin kimya sahəsi üzrə mütəxəssislərinin iştirak etdikləri tədbirin məqsədi cihaz və avadanlıqla işləmək metodlarının istifadəçilər tərəfindən mənimsənilməsini təmin etmək, spektroskopiya və xromatoqrafiya sahəsində son nailiyyətləri seminar iştirakçıları ilə bölüşməkdir.

Mütəxəssislər təqdimatlarında ən müasir analitik cihazların kimya sahəsində tətbiqi istiqamətlərindən, müxtəlif elmi cihazların problemlərindən danışmış, onların həlli yollarını slaydlar vasitəsilə izah etmişlər.

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər