XƏBƏRLƏR
09.11.2017
9 NOYABR – DÖVLƏT BAYRAĞI GÜNÜ

Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.

Bu gün  Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmişdir.

90-cı illərin əvvəllərində hələ müstəqilliyimizin elan olunmasından əvvəl, Sovet hakimiyyətinin mövcud olduğu dövrdə xalqımızın böyük oğlu Heydər Əliyev Naxçıvanda üçrəngli Azərbaycan bayrağını ucaltmışdır.

Ulu öndərimizin layiqli davamçısı olan Prezident İlham Əliyev17 noyabr 2009-cu ildə Azərbaycanın üçrəngli bayrağının ilk dəfə rəsmi ucaldığı 9 noyabr tarixini Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis olunması barədə Sərəncam imzalamışdır.

2010-cu ildən etibarən noyabrın 9-u hər il respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Avrasiya Tərcümə Mərkəzi adından bütün Azərbaycan xalqını bu gün münasibətilə səmimi-qəlbdən təbrik edirik.

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər