XƏBƏRLƏR
30.12.2017
İLİN YEKUNU

Gərgin, məsuliyyətli və ağır bir ilin sonunda əldə etdiyimiz uğur və nailiyyətləri bölüşmək, yeni ilə daha böyük enerji ilə başlamaq məqsədilə bir araya gəldik.
Azərbaycanda və digər ölkələrdə əməkdaşlarımızın sayı artdı. Yüzlərcə səhifəlik layihələrin yazılı, bir çox konfransların şifahi tərcüməsini yerinə yetirdik, yeni əməkdaşlıqlar qurduq. Komandaya qoşulan yeni kadrlara peşəkar iş təcrübəsi əldə etməkdə kömək etdik və komandamızı genişləndirdik.
Menecerlərimizin və tərcüməçilərimizin operativ fəaliyyəti sayəsində yüksək peşəkarlıq, tərcümələrin keyfiyyəti ilə yenə də seçildik. Müştəri məmnuniyyəti bizim üçün çox vacibdir, məhz buna görə 24/7 sizin xidmətinizdəyik.
Tərcümə sahəsində 15 illik təcrübəmizə baxmayaraq biz nail olduqlarımızla kifayətlənmirik və daima inkişaf edirik. Qazandığımız uğurlar bizi gördüyümüz işə daha da bağlayaraq, fərəhləndirir. Biz bu uğurlara kollektivimizin peşəkarlığı sayəsində nail olmuşuq. Bunun üçün komandamızın bütün üzvlərinə xüsusi təşəkkürümüzü bildiririk, axı məhz onlar uğurumuzun bir parçasıdır!
Sevincimizi müştərilərimiz və tərəfdaşlarımızla da paylaşırıq. Onlarla əməkdaşlığı yüksək qiymətləndiririk.
Yeni ildə də məqsədimiz daha çox çalışıb, nailiyyətlərimizin sayını artırmaqdır. Hər zaman əl-ələ, möhkəm komanda olaraq irəliyə doğru gedirik!
Hər kəsə can sağlığı, xoşbəxtlik və firavanlıq, qarşıya qoyulan məqsədlərə nail olmaqda uğurlar arzu edirik!

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər