XƏBƏRLƏR
19.01.2018
20 YANVAR FACİƏSİ YADDAŞIMIZDA ƏBƏDİ QALACAQDIR

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 yanvar hadisələrindən  28 il keçir. Həmin gecə müstəqillik arzusu ilə yaşayan dinc sakinlərə amansız divan tutuldu, nəticədə 131 dinc sakin həlak oldu, 744 nəfər yaralandı, 841 nəfər isə qeyri-qanuni olaraq həbs edildi.

20 yanvar hadisələri yalnız faciə deyil, həm də Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılmış bir tarixdir. Azərbaycan xalqı bu hadisələri heç zaman unutmayacaq, şəhidlərimizin xatirəsini daima əziz tutacaq.   

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir. Vətənimizin müstəqilliyi və bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizə Uca Tanrıdan rəhmət, ailələrinə səbr diləyirik.

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər