XƏBƏRLƏR
13.03.2018
ALİMLƏR BƏŞƏRİYYƏTİN ÜNSİYYƏTİ ÜÇÜN YENİ DİL TAPIB

Alimlər bəşəriyyətin ünsiyyəti üçün yeni dil tapıb. Harvard universitetinin ekspertlərinin tədqiqatı hansı kommunikasiya üsulunun hər kəsə aydın olduğunu öyrənməyə kömək etdi. Alimlərin eksperimentində dünyanın 60 ölkəsindən 750 nəfər iştirak edib. Onlar dünyanın müxtəlif yerlərindən olan müxtəlif növ fəaliyyətli 86 insanın musiqi əsərlərinin parçalarını dinləməli idilər. İmtahan edilənlərə kompozisiyaların təyinatını müəyyən etmək və onların  sıra mahnısını və ya rəqs üçün musiqini eşitdiklərini, həmçinin bu musiqinin məhəbbəti tərənnüm edib etməməsini və ya onu son mənzilə yola salmağını demək lazım idi.

Eksperimentin nəticələri ondan xəbər verirdi ki, milli-mədəni müxtəlifliyə baxmayaraq eksperiment iştirakçıları melodiya növünü düzgün tapa bildilər.  İmtahan edilənlərin ən böyük çətinliyi ayinlərin keçirilməsi ilə bağlı kompozisiyalar və sevgi haqqında mahnılar olub.

İkinci eksperimentdə iştirakçılardan ifaçıların sayı və ya cinsi kimi kompozisiyaların ətraflı xarakteristikalarını müəyyən etmək xahiş olundu. İştirakçıların əksəriyyəti də bu tapşırığın öhdəsindən gələ bilib.

"Bizim öyrəndiyimiz mədəniyyətlərdə nəinki melodiyaların özlərinin hətta onların ifa olunma üsulunun da universal hesab olunması üçün rəqs üçün mahnılar və ruhi ayinlər çox ümumi cəhətlərə malikdirlər" - deyə tədqiqatın müəllifi Samuel Mer fikrini sona çatdırdı.

Bununla yanaşı tədqiqatçılar qeyd edirlər ki, İnternetin təcrübəli istifadəçilərinə tapşırığın öhdəsindən gəlmək başqalarından daha asan idi, çünki onların ünsiyyət mədəniyyətində ümumi cəhətləri onların Şəbəkədə olan nadir qonaqlarından daha çoxdur.

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər