XƏBƏRLƏR
20.03.2018
YAZ GƏLDİ...

Bayramlar həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Bir çox bayram bizə ata-babalarımızdan yadigar qalıb, əhəmiyyətli hadisələr və müasir dövrün dəyərləri ilə əlaqəlidir. Bayramlar həm uşaqların, həm böyüklərin ruhi və emosional vəziyyətinə yaxşı təsir edir. İnsanların ən gözəl və yaddaqalan xatirələri çox vaxt məhz uşaqlıqda qeyd etdikləri bayramlar, vacib və qeyri-adi olanın gözlənilməsi ilə əlaqəlidir.

Bayramlar uşaqlıqdan bizə fərdi xüsusiyyətlərimizi öyrənməyə və eyni zamanda müəyyən qrup insanlarla birliyi və onlara mənsubluğu hiss etməyə kömək edib. Buna görə də bayramlar bizə gündəlik həyatın problemləri və monotonluğundan uzaqlaşmağa kömək edən yaxşı əhval-ruhiyyəmizin olması üçün çox vacibdir. Bayram insanın ruhuna müsbət təsir edir və təbii psixoloji yardım kimi çıxış edir. Bayramları qeyd edən zaman insanlar bir-biri ilə sıx əlaqədə olur, yeni münasibətlər qurmaq, mövcud olanları yaxşılaşdırmaq, inciklik və anlaşılmazlıqlara görə korlanan münasibətləri bərpa etmək üçün imkan yaranır. Lakin hər şeydə olduğu kimi bayramları qeyd edən zaman da insan tədbirli olmalı və həddi keçməməlidir, yalnız bu zaman o problem yaratmadan, vaxtını yaxşı keçirə bilər.

Azərbaycan ən sevilən bayramlardan biri olan Novruz Bayramının qeyd olunmasına xüsusi diqqət ayrılır.

Novruz Bayramına bir ay qalmış hər həftə bayramqabağı çərşənbələr qeyd olunur. Qədim inanclara əsasən hər çərşənbə yaz gəlməzdən əvvəl təbiət yenilənir.

Hər evdə bayram süfrəsi xüsusi diqqətlə hazırlanır.

Bayram günü bir çox insan öz qapılarını bağlamır çünki tezliklə hədiyyə və şirniyyat almaq üçün qapılara papaq atılacaq. Bu da bayramın ənənələrindən biridir. Uşaqlar qapıları döyən zaman görünməmək üçün gizlənir, kimin papağına daha çox şirniyyat qoyulacaq yarışına girir, əgər ev sahibi əliaçıqdırsa, bu pay pul da ola bilər.

Novruzda yazın gəlişi ilə əlaqədar gecə ilə gündüz bərabərləşir.

Hazırlıq və bayramın qeyd olunması zamanı tarazlığı qorumaqla siz böyük zövq alacaq və fayda əldə edəcəksiniz. Yaxşı keçən bayramı ondan sonra müşahidə olunan fiziki və emosional vəziyyətə görə müəyyən etmək olar. Bu zaman siz məmnunluq və daxildən gələn gücü hiss edəcəksiniz. Ətrafınızdakı gözəlliklərin fərqinə varmağı öyrənin, bu zaman sizin üçün hər gün bayram olacaq.

Bayramınız mübarək!

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər