XƏBƏRLƏR
05.04.2018
FRANSA PREZİDENTİNİN TƏRCÜMƏÇİSİ DÖVLƏT BAŞÇILARI ARASINDA DANIŞIQLARIN TƏRCÜMƏSİ ZAMANI BURAXILAN SƏHVLƏR

Azərbaycanlı Elvin Abbasbəyli Fransa prezidenti və hökumətinin akkreditasiyalı tərcüməçisidir. Bundan əlavə, o Sinxron Tərcüməçilərin Beynəlxalq Assosiasiyasının (AIIC) üzvü olan ilk azərbaycanlıdır. O, KİV-ə müsahibəsində bildirib ki, ölkənin birinci şəxslərinin sinxron tərcüməçisi olmaq bu peşədə ən son nöqtədir.
“Nə qədər təcrübəli olsan da həyəcan hər zaman olur. Laqeydlik fəlakətə səbəb ola bilər.” – deyə, Abbasbəyli qeyd edib. Onun sözlərinə görə tərcüməçi öz karyerasını illərlə qurur, lakin bir saniyə onu dağıtmağa bəsdir. Mütəxəssis xatırladıb ki, buraxılan səhvlər hər iki dili bilən diplomatlar tərəfindən yerindəcə düzəldilə bilər. “Hesab edirəm ki, bu cür səhvlərdən sonra o tərcüməçini birdə heç vaxt görüşlərə dəvət etməzlər ". – o deyib.
O, həmçinin, qeyd edib ki, gələcək peşə seçiminə qəzetlərin birində gördüyü şəkil təsir edib: orada Ronald Reyqan və Mixail Qorbaçov, aralarında isə SSRİ-nin ən məşhur sinxronisti Pavel Palajenko yer almışdı. "O vaxtlar 15 ildən sonra onun həmkarı olacağımı və onunla birlikdə Avropa Şurasının iclaslarında tərcümə edəcəyimi təsəvvürümə belə gətirə bilməzdim" – deyə Abbasbəyli vurğulayıb.

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər