XƏBƏRLƏR
16.06.2015
BÖYÜK BRİTANİYA: 2015-Cİ İL SEÇKİ LÜĞƏTİ

Deyilən və onun mənası.

 

Apockalypse Now
“Şotlandiya millətçilərinin çoxlu sayda parlament üzvləri kimi seçilməsindən sonra yaranan qeyri-sabitlik” mənasında tez-tez işlənən ifadə.

 

Austerity 
"Iri iqtisadiyyatda büdcə xərclərinin azaldılması". Qəzet arxivlərinə gözucu baxış bu sözün 2015-ci ilin mart ayının seçki kampaniyasından başlayaraq ən az 1048 dəfə işləndiyini göstərir.

 

Brain fade
“Öz seçkiqabağı kampaniyasının detallarının, xüsusilə canlı yayım zamanı qəfil yada sala bilməmə”.

Cameronettes
“Baş nazir Devid Kemeronun tərəfdarları”.

 

Chaos
“Səliqəsizlik, görülməmiş qarışıqlıq”. Siyasətçilər, deyəsən, Böyük Britaniyanın parlamentdə yaranmış qeyri-müəyyən vəziyyətə tab gətirmək qabiliyyətinə inanmırlar.

Edstone
“Üstündə Leyborist partiyasının seçkiqabağı vədləri qravürası olan əhəngdən böyük lövhə”. 

Hell yes
“Suala müsbət cavab”.

Legitimacy
Məsələ seçkilərdən sonra kimin hakimiyyətə malik olmasıdır. Tori deyirlər ki, əgər Tori çoxluq təşkil edirlərsə, Leyboristlər + Şotlandiya milli partiyası = qeyri-qanunsuzdur.  Şotlandiya milli partiyası hesab edir ki, Şotlandiya millətçilərinin olmayan istənilən Vestminster hökuməti ≠ qanuni.   

Less-exciting
“Gözlənildiyi kimi yaxşı deyil; məyusluq”. Mühafizəkarların yeni seçkilərin iqtisadiyyatın bərpasına gətirib çıxaracağı barədə  ümidləri puç oldu. 2015-ci ilin birinci kvartalında artım tempi iki dəfə düşüb, bu ölkə üçün kifayət qədər nəzərəçarpacaq bir zərbə oldu.

 

Sturgeoncopter
“Şotlandiyanın birinci naziri Nikola Sterjena üçün hava-desant nəqliyyat vasitəsi”.

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər