XƏBƏRLƏR
20.07.2018
AVRASIYA TƏRCÜMƏ MƏRKƏZİNİN PEŞƏKAR TƏRCÜMƏÇİLƏRİ EXTRAVAGANZA MİNSK 2018-DƏ

Uzun müddətdir gözlənilən tədbir Herbalife, Ltd. təşkilatçılığı ilə 12-15 iyul 2018-ci il tarixlərində Belarusun paytaxtı Minsk şəhərində baş tutmuşdur. Satış sektorunda ilin ən genişmiqyaslı tədbiri hesab edilən Extravaganza Minsk dünya bazarında Herbalife şirkətinin nüfuzunu artırmaq məqsədilə təşkil təşkil edilir. Herbalife şirkətinin baş icraçı direktoru Richard Gudis, Herbalife Qida İnstitutunun və Herbalife Elmi-Məsləhət Şurasının sədri David Heber, Herbalife şirkətinin Rusiya, Ukrayna, MDB və Baltiya ölkələri, Monqolustan və İsrail üzrə Vitse-prezidenti Edyta Kurek və digərləri tədbirdə çıxış edərək, şirkətin fəaliyyəti, dünya bazarında tutduğu yer, geniş alıcı kütləsi haqqında məlumat vermiş, eləcə də şirkətin indiki və gələcək perspektivləri, hədəfləri və uğurlarından bəhs etmişlər. 1980-ci ildə əsası qoyulmuş Herbalife şirkəti bu gün, geniş auditoriyanın diqqətini cəlb edərək, öz məhsullarını dünyanın 95-dən çox ölkəsində təqdim edir.  

Qeyd edək ki, dünyanın müxtəlif ölkələrinin nümayəndələrinin iştirak etdiyi tədbirdə təcrübəli tərcüməçilərimiz də iştirak edərək, peşəkar şifahi tərcümə xidmətlərini təmin etmiş, tədbirin gedişatına öz töhfələrini vermişlər.

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər