XƏBƏRLƏR
06.07.2018
SEEDS LAYİHƏSİNİN AÇILIŞ TƏDBİRİ

5 iyul tarixində Gəncə şəhərində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və SOS UK-Azərbaycan Assosiasiyası, Gəncə Aqrobiznes Assosiasiyası və Kənd Yaşıl Turizminin İnkişafına Dəstək İctimai Birlikləri tərəfindən icra olunan SEEDS layihəsinin Açılış Tədbiri keçirilmişdir. SEEDS layihəsi özünün ümdə məqsədi kimi Azərbaycanın Daşkəsən, Goranboy və Samux rayonlarında iqtisadi inkişafın təkanına və iş yerlərinin yaradılmasına dəstək olmağı hədəf götürmüşdür. Layihə xüsusi məqsədi kimi öz fəaliyyət istiqamətləri vasitəsilə 400 aztəminatlı kənd ailəsinin (2000 şəxsə), başqa sözlə 400 həssas qrupa daxil olan valideynin bazaryönümlü gəlirin və məşğulluğun artmasına yönələn təşəbbüslərinin dəstəklənməsi yolu ilə onların kənd təsərrüfatı və kənd turizmi fəaliyyətlərinin inkişaf etdirilməsini, şaxələnməsini və nəticədə sosial-iqtisadi rifah hallarının davamlı olaraq yaxşılaşmasını nəzərdə tutur.

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər