XƏBƏRLƏR
11.09.2018
İNFORMASİYA TEXNOLOGİYALARI SAHƏSİNDƏ TƏRCÜMƏNİN ƏSASLARI

Avropa İttifaqının verdiyi məlumatlara əsasən, 2020-ci ilə yaxın Avropada bütün peşələrin 90%-i informasiya texnologiyaları ilə əlaqəli olacaq. Hal-hazırda da bu texnologiyalar elm və texnikanın ən müxtəlif sahələrinə daxil olaraq istənilən fəaliyyətin tərkib hissəsini təşkil edir.

İnformasiya texnologiyaları sahəsində tərcüməyə tələbat da artır. Bu sahədə tərcümə yalnız istifadəçi təlimatları və texniki təsvirlərin tərcüməsi ilə məhdudlaşmır. Ona,  həmçinin, proqram təminatı, saytlar, mobil tətbiq və kompüter oyunlarının lokallaşdırılması , və əşyalar internetinin tətbiqi ilə əlaqəli layihələr və s. daxildir.

İnformasiya texnologiyaları sahəsində tərcümənin nə kimi fərqli cəhətləri var?

  • İlk növbədə, abreviatura və qısaltmaların çoxluğu.
  • İT sahəsi  sürətlə inkişaf etdiyi üçün daima yenilənən xüsusi terminologiya.

Bu sahə üçün səciyyəvi xüsusi stilistika.

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər