XƏBƏRLƏR
30.10.2018
BİZ ISO 9001:2015 SERTİFİKATINI ALMAĞA MÜVƏFFƏQ OLDUQ!

Müştərilərimizində  yaxşı  bildiyi  kimi,  “Avrasiya” Tərcümə Mərkəzi  hər  zaman  peşəkarlıq və məsuliyyət prinsiplərini rəhbər tutur.  Biz öz sahəmizdə ən yaxşılardan biriyik.  İndi fəaliyyətimiz rəsmi səviyyədə də tanınır, tərcümə mərkəzimiz  “ISO 9001 : 2015”sertifikasiyasından keçib!

ISO - ən nüfuzlu keyfiyyət standartıdır. ISO sertifikatı məhsul və xidmətlərin yüksək keyfiyyətinin təsdiqi olduğu üçün, dünya üzrə istənilən şirkətin tarixində ISO sertifikatının alınması ən vacib hadisədir.

Bu sertifikatı almaq  heçdə, asan deyil. Şirkət özünün ixtisaslaşma dərəcəsini ekspert komissiyasına sübut etməli,  çox saylı yoxlamalardan keçməli, menecmentin  təkmilləşdirilməsi  üçün ciddi işlər görməlidir. Təbii ki, bu, hamının bacara biləcəyi bir iş deyil. Buna görədə, dünyada  “ISO 9001:2015”  standartlarına uyğun şirkətlərin sayı çox deyil.

“AVRASİYA” MMC  bütün sınaqlardan layiqincə keçməyə müvəffəq olub. İndi biz keyfiyyət sertifikatının sahibiyik. Bəs müştərilərimiz üçün bu nə deməkdir?  Bu, ilk növbədə sizə, işimizin yüksək keyfiyyətinin və əla nəticələrinin zəmanətidir.

Bizim təklif  etdiyimiz  xidmətlər  spektoru  genişdir: yazılı tərcümə, şifahi tərcümə, notarial təsdiq, apostil və s. Xidmətlərimizi sürət, keyfiyyət və səmərəli iş birləşdirir. İndi bu ən yüksək səviyyədə təsdiqlənib.

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər