XƏBƏRLƏR
14.11.2018
TARİXİN MƏŞHUR TƏRCÜMƏÇİLƏRİ

Sem Harris son zamanlarda olduqca məşhurlaşmış peşəkar tərcüməçidir. Harris ilk olaraq Florida əyalətinin qubernatoru Rik Skotun işarə dili üzrə tərcüməçisi qismində danışaraq ictimaiyyətin diqqətini çəkmişdi; o, Cənubi Florida sakinlərinə İrma Qasırğası ilə əlaqədar təxliyə olunmaları barədə xəbərdarlıq edirdi. Öz dinamik, enerji dolu və çılğın interpretasiya tərzi ilə Harris tezliklə bir çox izləyicilərin diqqətini çəkdi və hörmətini qazandı. Sem Harrisin məşhur çıxışı onun Cimmi Kimmelin şousuna qonaq qismində dəvət olunmasına səbəb oldu.

Performansını seyr edən bir çox izləyicilər onun mübaliğəli üz ifadələrini şübhə altına ala bilərdi, lakin vəziyyətin ciddiliyi məhs onu tələb edirdi. İrma qasırğası ilə əlaqədar təcili təxliyə xəbərini daha çox onun emosional jestləri və hərəkətləri ifadə edirdi.

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər