XƏBƏRLƏR
30.12.2018
2018-Cİ İLİN YEKUNLARI

2018-ci il sona çatır. Geriyə baxıb ilin yekunlarını təhlil etməyin vaxtı gəlib çatıb. Geriyə  dönüb ilin yekunlarını təhlil etməyin zamanıdır.  Hər il olduğu kimi keçən il də Şirkətimizdə vacib hadisələr və nəzərəçarpan nailiyyətlər müşahidə olundu. “AVRASİYA” MMC-nin əldə etdiyi ən mühüm nailiyyətlərdən biri ISO 9001:2015 beynəlxalq sertifikatını alması oldu. Bu nüfuzlu keyfiyyət standartının şirkətimizə verilməsi fəaliyyətimizin yüksək keyfiyyətini bir daha sübut etdi. Əldə etdiyimiz bu nailiyyətdə şirkətimizin hər bir əməkdaşının öz töhfəsi vardır.

Bu gün şirkətimizin fəaliyyəti Azərbaycanın hüdudlarından kənara çıxaraq, beynəlxalq əlaqələrimizin genişlənməsinə imkan yaratmışdır. 2018-ci  ilin iyul ayında “AVRASİYA” “Herbalife” şirkətinin Minskdə keçirdiyi “Ekstravaqanza” tədbirində tərcümə xidmətləri göstərmişdir. Belarus Respublikasının paytaxtında bir neçə gün davam edən supervayzerlər üçün təlimlər və şirkət liderləri ilə görüşlərdə, şirkətin Müstəqil Tərəfdaşlarının mükafatlandırma mərasimində, “AVRASİYA” tərcümə mərkəzinin nümayəndələri yüksəkkeyfiyyətli peşəkar tərcümə xidmətləri ilə tədbirin uğurlu keçməsini təmin etmişdir.

Şirkətimizin “TRANSLATİONS SCHOOL” layihəsi hələdə davam etdirilir. Layihə çərçivəsində şirkətimizin təcrübəli əməkdaşları gələcəyin tərcüməçilərinə təlimlər keçir, ali məktəb tələbələrinin isə təcrübə qazanmalarına öz töhfələrini verirlər. Bu layihə şirkətimizin peşəkar tərcüməçi kadrların hazırlığına, habelə vacib sosial layihənin həyata keçirilməsinə göstərdiyi qayğı və diqqətin nümunəsidir.

Ötən il tərəfdaş və müştərilərimizin sayının artması ilə də yadda qaldı. Silk Way Cargo, “Accord Prefabric” MMC, “Qazax Sement Zavodu” MMC, Azərbaycan İlahiyyat İnstitutu kimi bir sıra yeni şirkət və qurumlarla müqavilələr bağlandı. Sevindirici haldır ki, tərcümələrimizin keyfiyyətinə, operativliyimizə etibar edən və şirkətimizlə uzunmüddətli əməkdaşlığa təşəbübs edən sifarişçilərimizin sayı ilbəil artır.

Ötən il ərzində bir çox nailiyyətimiz olmuşdur. Bu nailiyyətlər tərcüməçi, redaktor, menecer və əməkdaşlarımızın peşəkarlığı və işlərinə məsuliyyətlə yanaşması nəticəsində  əldə olunmuşdur. Bu cür kollektiv növbəti ildə də böyük miqyaslı işlərin öhdəsindən gəlmək gücünə qadirdir.

Həmkarlarımızı Yeni il münasibəti ilə təbrik edir, onlara can sağlığı, xoşbəxtlik, ailə səadəti və uğurlar arzu edirik

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər