XƏBƏRLƏR
08.01.2019
YENİ NƏSİL TEXNOLOGİYALARI

“Dil baryeri” növbəti nəslə tərcümədə itirilmiş bir ifadə ola bilər.

Hillari Klintonun keçmiş innovasiya məsləhətçisi Alek Ross “The Wall Street” jurnalında məlumat vermişdir ki, 2025-ci ildə kimsə sizinlə xarici dildə danışdıqda, qulaqlıq dərhal onun sözlərini sizin ana dilinizə tərcümə edə biləcək.

Monoton kompüter səsləri də keçmişə göndəriləcək. Sizin həmsöhbətinizin səsi – onun dalğalanması, tezliyi və digər fərdi xüsusiyyətləri  - qulaqlıqların bulud proqramı ilə yenidən  yaradılacaq, çünki artıq bioakustik mühəndisliyin inkişafı səsin təkrar istehsalını mümkün edir.

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər