XƏBƏRLƏR
26.02.2019
KİM ÇEN ININ TƏRCÜMƏÇİSİ KXDR-nin LİDERİNƏ YETİŞMƏYƏ ÇALIŞDI.

ABŞ prezidenti Donald Tramp ilə görüş üçün Vyetnama səfər edən Şimali Koreya lideri Kim Çen Inın tərcüməçisi Donq-Danq vağzalındakı qısa qaçışı ilə diqqət çəkib. Tərcüməçi vaqondan çıxarkən yubanır, Kim Çen In isə platformadan keçərək onu qarşılayanlara tərəf irəliləyir. KXDR liderinin vyetnamlı tərəfdaşlar ilə salamlaşdığını görən tərcüməçi saniyə ərzində bir neçə metrlik məsafəni qaçaraq onun yanında dayanır.

Tərcüməçinin qaçışı televizorda yayımlanıb, Cənubi Koreyalı bir jurnalist-frilanser yayımdan bir hissəni Tvitterdə paylaşıb. “Həyatını sevən qaçsın” ifadəsinin hərfi məna daşıdığı anlar,” – amerikalı Marta Hauell istehza edib.

“Siz isə Kimin mühafizəçilərinin sürətli olduğunu düşünürdünüz,” – Seulda BBC-nin müxbiri Laura Bikker zarafat edib.

Hanoyda “Reuters” bürosunun direktoru Ceyms Pirson qeyd edib ki, tərcüməçiliklə istedadını boşa sərf edir, ölkənin olimpiyada yığmasında yer almalıydı.

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər