XƏBƏRLƏR
28.02.2019
PIXEL BUDS DİLLƏRİ ANINDA TƏRCÜMƏ EDİR

2018-ci ildə “Google” şirkəti real vaxt rejimində 40 dildə tərcümə edə bilən “Pixel Buds” simsiz qulaqlıqlarını təqdim edib. Bu qulaqlıqların tərcümə keyfiyyəti isə sual altındadır. Nyu Yorkda bir start-up şirkət də 15 dili dəstəkləyən “Pilot Translating Earpiece” adlı bənzər məhsul hazırlayır. Lakin istinad üçün geniş mənbəyə malik olmayan iki dil (məsələn, sinqal və puştu) arasında tərcüməyə ehtiyac duyulanda məsələ xüsusilə çətinləşir.

Əvvəlcə sinqal dilindən ingilis dilinə, sonra isə alınmış nəticəni puştu dilinə tərcümə etmək olar, lakin bu halda xətalar və qeyri-dəqiqliklər meydana gələcək.

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər