XƏBƏRLƏR
15.03.2019
SƏHVİN MALİYYƏTİ: “COCA-COLA” ƏHVALATI

Tərcümə – çox xüsusi və olduqca fərdi xidmətdir. Hətta müəyyən dərəcədə yaradıcı fəaliyyətdir. İcra edilən işin keyfiyyəti icraçının şəxsiyyətindən əhəmiyyətli dərəcədə asılıdır. Məhz buna görə də tərcümə bürolarına əsaslı surətdə mütəxəssis seçimi aparılır. Şirkətlər tərcüməçinin yol verdiyi səhvin əsl maliyyətini bilirlər.

Çox güman ki, “Coca-Cola” markası haqqındakı əhvalat bu vəziyyətə ən parlaq nümunədir. 1928-ci ildə bu şirkət beynəlxalq bazara yeni daxil olanda Çin mağazalarına satış etmək üçün ilk cəhd çox da uğurlu olmadı. Bunun səbəbi məhz tərcümənin çətinliyi idi. Yerli sakinlər içkinin adını “ke-ku-ke-la” olaraq tələffüz edirdilər. Bu isə “mum çömçəquyruğu dişlə” mənasını verirdi. Marketoloqlar şirkətin tərcüməçiləri ilə birlikdə daha lakonik tələffüz formalaşdırmaq üçün 200-dən çox heroqlif birləşməsi topladılar. Bu zaman ərzində isə şirkət minlərlə dollar itirdi.

Nəticədə çin dilində maksimal dərəcədə münasib səslənən və orijinal adı təhrif etməyən birləşmə tərtib edildi – “ko-ku-ko-le” tərcümədə “xoşbəxtlik dolu ağız” deməkdir.

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər