XƏBƏRLƏR
04.04.2019
MƏŞHUR YAPONŞÜNAS VƏ TƏRCÜMƏÇİ DONALD KİN 96 YAŞINDA VƏFAT EDİB

Tokio, 24 fevral (Jiji Press) – yapon ədəbiyyatına məxsus bir çox əsəri tərcümə etmiş yapon ədəbiyyatı üzrə görkəmli amerikalı tədqiqatçı və Kolumbiya Universitetinin fəxri professoru Donald Kin 24 fevral saat 06:21-də Tokioda 96 yaşında ürək çatışmazlığından vəfat edib.

Kin 1922-ci ildə Nyu Yorkda anadan olub, Kolumbiya universitetində təhsil alıb. “Şahzadə Genzi haqqında povest”in ingilis dilinə tərcüməsindən ilham alıb və bu romanın bəxş etdiyi təəssürat altında yapin ədəbiyyatının tədqiqatı ilə məşğul olmağa başlayıb.

İkinci Dünya Müharibəsi başladıqdan sonra Kin ABŞ-ın Hərbi Dəniz Akademiyasında yapon dili öyrənib və Honolulu və digər yerlərdə yapon hərbçilərinin sənədlərini tərcümə edib.

Nəticədə Tokio şəhərini ziyarət edib və müharibənin səbəb olduğu boşluğun şahidinə çevrilib.

Kin daha sonra Kolumbiya Universitetinə geri qayıdıb, həmçinin Harvard və Kembric universitetlərində təhsil alıb. 1953-cü ildə Kioto Universitetində aspirantura təhsili almaq üçün Yaponiyaya gəlib. 1960-cı ildə Kolumbiya universitetinin professoruna çevrilib, iki il sonra isə yapon əsərlərinin tərcüməsindəki xidmətləri qəbul edilib və Kikuti Kan mükafatına layiq görülüb. Daha sonra o, Misima Yukio, Abe Kobo və digərlərinin əsərlərini tərcümə edib. 1985-ci ildə “Yüz illik səyyahlar: yaponlar gündəliklərdə” (Hakutay-no kakaku Nikki ni miru nihondzin) işinə görə Yomiuri mükafatını alıb. 1986-cı ildə Kolumbiya Universitetində Donald Kin adına Yapon Mədəniyyəti Mərkəzi yaradılıb.

11 mart 2011-ci ildəki Böyük Şərqi Yaponiya zəlzələsindən sonra o, Yaponiyaya köçüb və payızdan etibarən Tokioda yaşamağa başlayıb, növbəti ildə isə Yaponiya vətəndaşlığı alıb. Övladlıq oğlu Seykinin deyir ki, atası zəngin və xoşbəxt bir həyat sürüb və Yaponiyada yapon olaraq ölmək arzusu yerinə yetib.

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər