XƏBƏRLƏR
23.05.2019
TƏRCÜMƏDƏ MƏNASIZ SƏHVLƏR

Super-kompüterlər və kompüter-əsaslı təhsil dövründə yaşamağımıza baxmayaraq hələ də tərcümədə mənasız səhvlərlə rastlaşırıq.

Əsas məsələ burasındadır ki, sözlərin, adətən, bir neçə mənası olur. Omoqraflar – yazılışı eyni, tələffüzü fərqli olan sözlər – nəinki turistləri, eyni zamanda hökumətləri də pis vəziyyətə salır.

Belə ki, ötən iyul ayında Britaniyanın nazirlər kabineti tərəfindən alman dilində Breksit haqqında “Ağ kitab” tərtib olunarkən “demokratik prosedurların icrası” ifadəsi “demokratische Übung” olaraq tərcümə edilib. Bu isə hərfi tərcümədə “demokratik gimnastika” mənasına gəlir.

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər