XƏBƏRLƏR
15.06.2019
İSTEHSALAT TƏCRÜBƏSİ

İSTEHSALAT TƏCRÜBƏSİ - gələcək mütəxəssislərin yetişdirilməsində ən vacib amillərdən biri hesab olunur. İstehsalat  təcrübəsinin əsas məqsədi – tələbələrdə tərcüməçilər üçün zəruri olan bacarıq və qabiliyyətlərin formalaşdırılmasıdır.

Bəs tərcümə təcrübəsi hansı məsələlərin həllində rol oynayır?  

- Təşkilatların tərcümə şöbələri və tərcümə şirkətlərinin işi ilə tanışlıq;

-  Öyrənmə prosesində əldə edilən tərcümə bacarıqlarının inkişaf etdirilməsi;

- Terminologiyanın mənimsənilməsi;

- Müasir avadanlıqlar və kompüter tərcümə proqramları ilə işin təkmilləşdirilməsi;

- Tərcüməçinin davranış modelinin formalaşdırılması.

Son 3 il ərzində ölkənin müxtəlif universitetlərindən olan tələbə-tərcüməçilər Avrasiya Tərcümə Mərkəzində təcrübə keçirlər. Mərkəzin rəhbəri Nərminə Hüseynova yazılı tərcümə bacarıqlarının mənimsənilməsində tələbələrə yardımçı olur.

Bu il mərkəzdə 12 tələbə təcrübə keçib və təcrübə müddətində onların hamısı məsuliyyətli, əməksevər və çalışqan olduqlarını göstəriblər. Onlardan bəziləri gələcəkdə də zərurət olduğu təqdirdə Avrasiya Tərcümə Mərkəzinin işində yardımçı ola biləcəklərini bildiriblər. 3-cü kursda təhsil aldıqları zaman mərkəzimizdə təcrübə keçmiş tələbələrdən ikisi bu il də təhsillərini davam etdirmək üçün yenidən mərkəzə müraciət ediblər. Qeyd edək ki, biz hər zaman şəhərimizin gəncləri ilə görüşlərə və ünsiyyətə şadıq, xüsusilə də bu görüşlərin onların gələcək həyatına müsbət təsir edəcəyini bilmək bizə xoşdur.

2019-cu ilin 20 fevral-27 may tarixlərində Avrasiya Tərcümə Mərkəzində Azərbaycan Dillər Universiteti, Xəzər Universiteti və Azərbaycan Turizm və Menecment Universitetinin bakalavrları üçün istehsal təcrübəsi keçirilib. Bütün bu dövr ərzində tələbələr texniki testlər, düzəlişlər və terminoloji lüğətlərlə gərgin iş aparıb, beynəlxalq tərcümə mərkəzinin işinə daxildən nəzər salıb və tərcümə layihəsinin tam dövrü üzrə əvəzsiz təcrübə əldə ediblər.

Səmərəli tərcümə təcrübəsi ilə yanaşı təcrübəçilər tərcüməçilərin peşəkar fəaliyyət proqramını da mənimsəyiblər.   

Təcrübə layihəsinin meneceri və kuratorunun sözlərinə görə, stajorlar ən maraqlı tapşırıqlar olaraq müştərilərdən gələn “canlı” tərcümələr və real tərcümə təcrübəsindən olan situasiyaları və onların həlli yollarını əhatə edən tərcümə keyslərinin müzakirəsini qeyd ediblər. Stajorlar həmçinin böyük şirkətlər üçün nəzərdə tutulan texniki və marketinq tərcüməsinin incəlikləri barədə məlumat əldə edib, terminoloji işin elementləri, tərcümə yaddaşının yaradılması, yazı formaları, layihə menecmentləri və müştərilərlə ünsiyyətin xüsusiyyətləri ilə tanış olublar.

 

Bundan əlavə, təcrübəçilər direktor Nərminə Hüseynovanın rəhbərliyi ilə “Canlı” layihə olan “Məlumat giriş sistemində iş” layihəsini də yerinə yetirməyə müvəffəq olublar. Stajorlar lüğətlərlə iş və böyük layihələr üçün lüğətlərin hazırlanmasını ən çətin və çox zaman alan iş kimi görüblər.

Həm Avrasiya Tərcümə Mərkəzinin işçi heyəti, həm də təcrübəçilər prosesdən olduqca razı qalıblar. Qeyd edək ki,  bu hal bizi çox sevindirir və gələcəkdə də mərkəzimizin universitetlərlə sıx əməkdaşlığına ümid edirik!

 Hörmətli tələbələr!

Saytımızda yerləşdirə biləcəyimiz təcrübə barədə öz təəssüratlarınızı, həmçinin fotoşəkil və təşəkkür məktublarını bizimlə bölüşmənizi xahiş edirik. Biz istəyirik ki, sizin uğurlarınız barədə hər kəs bilsin!

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər