XƏBƏRLƏR
10.07.2019
Google Translate

Google Translate hazırda internetdən istifadə edən əhalinin 99%-ni əhatə edir

Google Translate-in 10-cu ildönümündən əvvəl xidmət sektorunda əsaslı dəyişikliklər baş verdi.

Kompüter əsaslı tərcümə proqramına 13 dil əlavə olunduqdan sonra Google Translate 100-dən çox dildə əhaliyə xidmət göstərir.

Google Translate-in proqram meneceri Sveta Kelman yazdığı məqalədə 13 dilə - həbəş, Korsika, friz, qırğız, havay, kürd, Lüksemburq, Samoa, şotland kelt, Şona, sindhi, puştu və Xosa dilinin daxil olduğunu bildirib.

Kelman “Hansı dildə danışdığınızdan asılı olmayaraq, bugünkü yeniləmənin milyonlarla yeni dostlarla ünsiyyət qurmağı və dil bariyeralarını aradan qaldırıb həyatınızı yaxşılaşdıracağını ümid edirik” sözlərini bildirdi.

Google Translate dilləri texnika vasitəsilə analiz edərək və insan tərcüməsiylə dəstəkləyərək başa düşür. 3 milyondan çox  könüllü  xidmət naminə xüsusi frazaların tərcüməsini daha oxunaqlı(təbii) etmək üçün birlikdə çalışdılar. 

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər