XƏBƏRLƏR
15.11.2019
TƏRCÜMƏÇİLƏRİN ÜZLƏŞDİYİ PROBLEM VƏ ÇƏTİNLİKLƏR

Problem # 1: Dilin strukturu

İngilis və digər dillərdə cümlə strukturu fərqli ola bilər. Məsələn, ingilis dilində sifət ismin qarşısında, fransız dilində isə isimdən sonra gəlir. Ərəb və digər bəzi dillərdə, şəxs əvəzliyi felin bir hissəsidir və cümlədə şəxs əvəzliyinin cinsini və növünü təyin edir. Dil mürəkkəb, geniş və daima inkişaf edən vahiddir. Tərcüməçi hər bir dilin dəqiq strukturunu bilməli və müvafiq strukturunu istifadə etməli, tərcüməni məxəz dildəki mənasını dəyişmədən həyata etməlidir.

Həll yolu:

Məxəz dildə olan  sənədin mənasını və məzmununu dəyişmədən hədəf dildə strukturu saxlamaq üçün qrammatik səhvlərin düzəldilməsi, tərcümə yaddaş vasitələri və digər üsullardan istifadə edin.

 

Problem #2: Mədəniyyət

Bir çox hallarda, danışıq dilində çox işlənən söz və ifadələr ədəbi dilə daxil olur və bu da tərcüməçilərin işini çətinləşdirir. Dilin danışıldığı bölgə nə qədər böyükdürsə, bir o qədər dialektlərin daha çox olması və daha çox danışıq dilinin mövcud olma ehtimalı var – burada,  texniki, hüquqi və ya tibbi sənədlərin tərcümələri istisnalıq təşkil edir. Hər bir dil daşıyıcısına məxsus mədəniyyət də geniş mənada fərqli ola bilər, məsələn britaniyalılar soyuqqanlılığı və özünəməxsus acı istehzaları ilə tanınır. Halbuki bu növ sarkazm təkcə müxtəlif dillərdə danışan ölkədə deyil, eyni zamanda ingilis dilli ölkələrdə də düzgün anlaşılmaya bilər. Bu halda belə bir problem yaranır, hədəf auditoriyanın qəzəbinə tuş gəlmədən və hisslərinə toxunmadan dəqiqliklə necə tərcümə etməli?

 

Həll yolu

Ən geniş istifadə olunan söz və ifadələri öyrənmək üçün elektron mənbələrdən istifadə edin və ən çox istifadə olunan dialektlər barədə məlumatlı olun. Bu sizə tərcümə üçün ehtiyacınız olan düzgün fikrə doğru istiqamətləndirəcək. Bacardığınız qədər filmlər, TV proqramları izləməklə, jurnal və kitablar oxumaqla həmin dilin mədəniyyətinə daha yaxşı bələd olun. Film və TV proqramları xüsusilə yerli mədəniyyət və dialektlərin başa düşülməsində yardımçı olur.

 

Problem #3: Çoxmənalı sözlər

Cümlədə istifadə olunma vasitəsinə görə ingilis dilində fərqli mənalara malik olan bir çox sözlər vardır. Bəzən sözlər oxşar şəkildə tələffüz olunur, lakin hər birinin müxtəlif mənası var, məsələn “sındırmaq (boşqabı)” və ya “kofe fasiləsinə çıxmaq”. (burada, break sözü)  Eyni hecalanma, lakin fərqli tələffüz olunan sözlərə misal kimi “iclasa rəhbərlik etmək” və ya “qurğuşun qələm” birləşmələrini çəkmək olar. (burada, lead sözü). Həmçinin, fərqli hecalanma, lakin eyni tələffüz olunan sözlər də var. Məsələn: break və brake, grate və great və s. İngilis dilində bu kimi minlərlə sözlər və idiomlar, metaforalar, təşbehlər və s. bədii təsvir və ifadə sözləri var.

Həll yolu

Tərcüməçi sayıq olmalı, mənanı tamamilə başa düşmək üçün məxəz mətni diqqətlə oxumalıdır. Tərcümə işinə başlamazdan əvvəl bunlara diqqət yetirmək lazımdır, bunlara əməl etmədiyi təqdirdə  ciddi səhvlərə yol aça bilər.

Problem #4 Texniki biliklər

Tərcüməçilər, hər şeydən əvvəl, dilçidirlər; müəyyən sahələr üzrə biliklərə malik olmalarına baxmayaraq, həmin sahə üzrə ekspert deyillər. Əslində bir həkimin eyni zamanda dilçi ola bilmə ehtimalı çox azdır. Tərcüməçilər adətən müəyyən sahələrdə ixtisaslaşır və mövzu üzrə müəyyən bilik və təcrübə qazanırlar. Lakin bəzi hallarda bu kifayət etmir; bəzi sənədlər tamamilə texniki jarqonlardan ibarət ola və ya xüsusi prosedur və ya fəaliyyətlərdən ətraflı bəhs edə bilirlər. Bu tərcüməçiləri çıxılmaz vəziyyətə salır.

Həlli

Əgər sənəd texniki mövzudadırsa, siz tapşırığı tamamlamaq üçün adi vaxtda olduğundan daha çox vaxt sərf etməli olacaqsınız. Əgər hansısa sözün mənasını tapmaqda çətinlik çəkirsinizsə, bəzi məqamları dəqiqləşdirmək üçün müştəri ilə əlaqə saxlaya və ya yaxşı tanıdığınız sahə üzrə yerli mütəxəssislə məsləhətləşə və kömək üçün ondan kömək istəyə bilərsiniz. Biliklərinizi artırmaq üçün daima oxumalı və özünüzü inkişaf etdirməlisiniz və ya həmin sahə üzrə baş verən ən son yeniliklərə ayaq uydurmalısınız.

Problem #5 Vaxt məhdudiyyəti

Bir çox müştərilər tərcümə materialını qısa bir müddətdə istəyir; onların itirəcək vaxtı yoxdur. Əgər sənəd şablondursa, onda siz son tarixə qədər onu bitirə biləcəksiniz. Ancaq texniki terminlərlə dolu texniki və ya qanuni sənəd olduqda və ya bir çox dialekt və kollokvializm varsa, tərcümə çox vaxt apara bilər.

Həll yolu:

Mümkün olduğu qədər prosesi sürətləndirmək üçün maksimum şəkildə - tərcümə yaddaş proqramı, kompüter əsaslı tərcümə proqramları və sair. kimi texnologiyalardan istifadə edin. Bundan əlavə, edə biləcəyiniz digər yol  əvvəlcədən müştəridən əlavə vaxt istəməkdir.

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər