XƏBƏRLƏR
27.06.2015
EYNŞTEYNİN MƏKTUBLARI İNGİLİS VƏ ALMAN DİLLƏRİNDƏ HƏRRACA ÇIXARILACAQ

Nisbilik nəzəriyyəsinin yaradıcısı Albert Eynşteynin şəxsi yazışmaları Kaliforniyada (ABŞ) yerləşən Profiles in History auksion evinin hərracında nümayiş olunacaq.

Mütəxəssislər hesab edirlər ki, hərraca çıxarılan ingilis və alman dillərində olan 27 məktubdan hər biri 5 dollardan 40 min dollar, ümumi gəliri isə 1 milyon $ çata  bilər.

Auksion evinin banisi Cozef Mandalenın sözlərinə görə, məktublar Enşteynin  elmi nəzəriyyələrin müzakirələrdən kənarda nə barədə düşündüyünü, uşaqlara hansı məsləhətlər verdiyini və Tanrıya necə inandığını başa düşməyə kömək edir.  Belə ki, məktubların birində alim oğlunu həndəsə öyrənməyinə ciddi yanaşmağı çağırır, digər məktubda isə yoldaşının ona xəyanət etdiyini öyrənən rəfiqəsinə təsəlli verir.

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər