XƏBƏRLƏR
30.12.2019
AVRASİYA ƏMƏKDAŞLARININ İLLİK FƏALİYYƏTİNİ FƏXRİ DİPLOMLA QİYMƏTLƏNDİRİB

Dekabrın 28-də Avrasiya Tərcümə Mərkəzi 2019-cu ilin nəticələrinə görə “tərcümə və idarəetmə sahəsində səmərəli fəaliyyətinə görə” əməkdaşlara ənənəvi sertifikat təqdimetmə mərasimi keçirib.
Yüksək peşə hazırlığı, tərcümə sahəsində fəal iştirakı, əmək intizamı, eyni zamanda yüksək bilik səviyyəsi və təcrübəyə malik olan 5 istedadlı gənc Avrasiya Tərcümə Mərkəzinin fəxri diplomu ilə təltif olunub.
Gələcəyimizin etibarlı təminatı peşəkar kadrların yetişdirilməsindən, gənclərin aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Məhz bu reallığı nəzərə alaraq Avrasiya dövlətin gənclər siyasətinə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Ötən ilin nəticələrinə görə fəxri adına layiq görülmüş 5 nəfər istedadlı gəncimiz "Avrasiya"nın Fəxri Diplomu ilə təltif olundu. Peşə sahiblərinin hər biri, ən azı 3 il və daha çox əmək stajına malikdir. Seçilənlər peşəkar fəaliyyət dövründə yüksək bacarıq və qabiliyyətlə fərqlənənlərdir. 

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər