XƏBƏRLƏR
08.01.2020
PEŞƏKAR TƏRCÜMƏ ŞİRKƏTİ İLƏ İŞLƏMƏYİN 5 ÜSTÜNLÜYÜ

Peşəkar tərcümə şirkəti ilə işləməyin böyük üstünlükləri var. Qlobal bir şirkətin bir parçası olmaq o deməkdir ki, şirkətinizi geniş çeşidli müştəri və alıcılara təqdim etmək sizin bir nömrəli prioritetinizdir.  Siz şirkətinizi genişləndirmək, cari bazardan kənara çıxaraq xarici müştərilərlə əlaqə yaratmaq və hal-hazırda sahib olduğunuz müvəffəqiyyəti digər ölkələrdə də qazanmaq istəyirsiniz. Lakin peşəkar tərcümə şirkətinin xidmətlərindən yararlanmadan inkişafla bağlı hədəflərinizə çata bilməyəcəksiniz.

2015-ci ildə 3.2 milyard insan, dünya əhalisinin təxminən yarısı  internetdən istifadə edib, beləliklə, marketinqlə bağlı materialları, vebsayt və digər məzmunlu sənədləri tərcümə etmək beynəlxalq arenada müvəffəqiyyət qazanmağın asan yoludur. Amma bu, fərdi tərcüməçilər və ya öz şəxsi işçilərinizin öhdəsinə veriləcək bir iş deyil. Şirkətiniz peşəkar şirkətdir, siz də biznesinizin beynəlxalq bazara daxil olmasını dəstəkləmək üçün peşəkar tərcümə şirkətinə etibar etməli və bu beş üstünlükdən yararlanmalısınız.

1.     Peşəkar tərcümə şirkəti tərcümə materiallarını hədəf auditoriyanın mədəniyyətinə uyğunlaşdırır.

Biznesinizi beynəlxalq bazara hazırlamaq üçün sadəcə vebsaytınızı başqa bir dilə tərcümə etdirmək kifayət deyil. Peşəkar tərcümə şirkəti sizi şirkətinizin dizayn və məzmununa başdan ayağa nəzər yetirən lokallaşma ilə təmin edəcək. Şirkətinizin məzmununu müvafiq region və mədəniyyətə uyğunlaşdırmaq üçün əsas multimedia komponentləri, qrafiklər, reklamlar – hər şey sizin hədəf auditoriyanıza uyğunlaşdırılır. Belə düşünün ki, ştatdankənar tərcüməçi dil baryerlərini aşa bilər, peşəkar tərcümə şirkəti isə biznesinizi heç bir problem olmadan hədəf auditoriyanın mədəniyyəti ilə birləşdirə bilər.

2.     Peşəkar tərcümə şirkəti marketinq vasitəsi rolunu oynayır.

Şirkətinizin materiallarını beynəlxalq arenada istifadə üçün lokallaşdırmaq və tərcümə etdirmək artıq bir zərurətdir, peşəkar tərcümə şirkəti burada marketinq vasitəsi rolunu oynayır. Peşəkar tərcümə şirkəti hədəf bazarda bilik və təcrübəyə malik olmaqla yanaşı, hədəf auditoriyanın mədəniyyəti, texnologiyasını bilir və buna bənzər işlərlə məşğul olur. Yeni tərcümə olunmuş materiallarınızın başqa bir ölkədə hədəf auditoriya üçün yetərli olmaması ilə bağlı narahatlıq keçirməyə dəyməz, peşəkar tərcümə şirkəti ilə tərcümə edilən materiallarınız tez bir zamanda qloballaşacaq.

3.     Peşəkar tərcümə şirkəti brendinizə inamı artıraraq onu qloballaşdıra bilər

Məlumatlarınızın ərəb və ya sadələşdirilmiş çin dilinə tərcüməsi şirkətinizə peşəkar, eyni zamanda qlobal imic bəxş edəcək, lakin peşəkar tərcümə şirkəti bundan daha artığına qadirdir. O, gəlirinizi həddən çox artıra biləcək qədər brendinizə etibarlılığı artıracaq. Sizin məhsul və xidmətləriniz qlobal müştərilərinizin mədəniyyətinə uyğunlaşdırıldığı üçün onlar sizin biznesinizlə özlərini təhlükəsiz və rahat hiss edəcəklər. Müştərilər xoşbəxt olduqda və bir şirkət üçün vacib olduqlarını hiss etdikdə onlar sizinlə birlikdə çalışmağa və sizin xidmətlərinizdən yararlanmağa daha həvəsli olurlar.

4.     Peşəkar tərcümə şirkəti sərfəli və münasibdir.

Məhsul və xidmətlərinizlə bağlı materialları tərcümə edərkən və lokallaşdırarkən münasiblik vacib nüansdır. Peşəkar tərcümə şirkətində tərcüməçilər hər bir hədəf dilin daşıyıcısıdır, belə ki, onlar ölkə daxilində yaşayır, mədəniyyət və ya dildə baş verən hər hansı dəyişiklikdən xəbərdar olur, həmçinin tərcümə edilmiş bütün materiallarda eyni üslubu qoruyub saxlayır. Peşəkar tərcümə şirkəti ilə tərəfdaşlıq edərkən daha az xətalar baş verəcək və onların istifadə etdiyi texnologiyadan yararlanacaqsınız.

5.     Peşəkar tərcümə şirkəti şirkətinizin bütün sahələrini əhatə edir.

Peşəkar tərcümə şirkətinin xidmətlərindən yararlanmaq o deməkdir ki, biznesinizin mobil tətbiqindən tutmuş onlayn yardıma qədər hər şey əhatə olunur. Yeni bir dil üçün bütün platformanı yenidən qurmaq məqsədilə müxtəlif ştatdankənar tərcüməçilər arasında seçim etmək məcburiyyətində qalmayacaqsınız və birdən artıq dildə tərcümə və lokallaşdırma axtarırsınızsa, linqvistik resurslar üçün lap əvvəldən axtarışa başlamağa məcbur olmayacaqsınız. Peşəkar tərcümə şirkəti ilə birgə çalışarkən əldə edəcəyiniz keyfiyyətin dəyəri ölçülməzdir.

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər