XƏBƏRLƏR
10.03.2020
“TƏRCÜMƏÇİLƏR” FİLMİ / “Les Traducteurs” (2020)

Siz bu film barədə heç eşitmisiniz?

13 yanvar 2020-ci il tarixində peşəmiz haqqında bəhs edən, baş rolda Olqa Kurilenko və Lambert Uilsonla “Tərcüməçilər” filmi nümayiş olunub!

Kollektivimiz hələ pandemiya olmadığı zamanlarda kinoteatrda bu filmi izləyib.

Xüsusilə seçilmiş doqquz tərcüməçi məşhur yazıçının son romanının ən qısa müddətdə tərcümə olunması üçün hər cür şəraitin yaradıldığı bunkerə yerləşdirilir. Bütün ehtiyat tədbirlərinə baxmayaraq, kitabın ilk on səhifəsi internetə sızır. Məhz bunun qarşısını almaq üçün nəşriyyatın sahibi tərcüməçiləri internetə çıxışı olmayan bunkerdə bağlayıb! Bu isə heç bir işə yaramır! Çünki müasir dövrdə tərcüməçini internetsiz təsəvvür etmək mümkün deyil! Sözsüz ki, internet yaranmazdan əvvəl də tərcüməçilər öz işini görürdü! Filmin qəhrəmanları da onlara həvalə edilən işin üstəsindən gəlməyi bacardı! Lakin, hər kəsə məlumdur ki, internetlə birlikdə tərcüməçilik sənətində köklü dəyişikliklər baş verdi. İndi bir düymə ilə istənilən  məlumatları saniyələr içində əldə etmək mümkündür. Təbii ki, internetdə olan bütün məlumatlara etibar etmək olmaz və biz onları istifadə etməzdən əvvəl mütləq nəzərdən keçirməliyik. Buna baxmayaraq, internet peşəmizdə inqilaba səbəb olub. 

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər