XƏBƏRLƏR
04.07.2015
THE LOCAL XƏBƏR VERİR Kİ, DÜNYADA ƏN POZİTİV SƏSLƏNƏN DİL İSPAN DİLİ HESAB OLUNUR

Vermont (ABŞ) Universitetinin bir qrup alimləri MITRE Corporation tədqiqat qrupu ilə birgə  qərara gəliblər ki, hansı dilin  dünyada ən xoşbəxt dil hesab edildiyini müəyyən etsinlər. Mütəxəssislər 10 dili müqayisə ediblər: ingilis, alman, braziliya, portuqal, koreya, fransız, çin, rus, indoneziya, ərəb və ispan.

Müqayisə etmək üçün alimlər hər dildən daha çox işlədilən 10 000 söz seçiblər və 50 dil daşıyıcılarından onlarda hansı emosiyaların yaranmasını 1-dən 10-a qədər olan şkala üzrə qiymətləndirməyi xahiş ediblər.

Ekspertlərin sözlərinə görə, alınmış məlumatlar olduqca aydın görünürdü. Belə ki, misal üçün, “sevgi” və ya “ölüm” sözləri  pozitiv, “terrorist” sözü isə neqativ qiymətləndirilib.

Lakin alimlər mövcud məlumatları tərtib etdikləri  zaman, məlum olub ki, dildən asılı olaraq ümumi vəziyyət fərqlənir. Dillər üçlüyündə, dil daşıyıcılarının daha çox müsbət emosiyalar doğuran ispan, portuqal və ingilis dilləri olub. Onluqda sonuncu yeri rus, koreya və çin dilləri tutur.

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər