XƏBƏRLƏR
09.04.2021
PUTİN SÖZLƏRİNİ TƏHRİF ETDİYİNƏ GÖRƏ TƏRCÜMƏÇİNİ “BANDIT” ADLANDIRIB

Rusiya Prezidenti Vladimir Putin, İsveç Baş Naziri Stefan Lövfenlə söhbəti zamanı tərcüməçinin səhvini düzəldib. Putin “İsveçli dostlar” tərəfindən Rusiya iqtisadiyyatına qoyulan sərmayənin həcmi barədə danışıb.

 “Dostlar” sözünü iki dəfə təkrarlamasına baxmayaraq tərcüməçi həmin sözün əvəzində - “tərəfdaşlar” sözünü işlətmək qərarına gəlib. Putin bu məqama xüsusi diqqət çəkib. O, tərcüməçini zarafatyana “bandit” adlandırıb.

“Mən dostlar dedim, o isə bu sözü “tərəfdaşlar” kimi tərcümə etdi, əsl banditdir”deyə Putin qeyd edib.

© 2004 - 2015 Avrasiya Tərcümə mərkəzi
Online konsultant
Təklif və şikayətlər